Personal information
Verified email addresses
Verified email domains
Biography
Gülbəniz İsmayılzadə 25 yanvar 1968-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1985-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1990-ci ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirmişdir. Həmin ildə təyinatla Ağdam şəhər 4 saylı orta məktəbə müəllim təyin olunmuşdur, eyni zamanda sinifdənxaric və məktəbdənkənar işlər üzrə həmin məktəbdə direktor müavini kimi pedaqoji fəaliyyətə başlamışdır.
1997-ci ilə qədər "Loğman" Səhmdar Cəmiyyəti Tibb kollecində metodist işləmişdir. 2002–2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Azərbaycan dili" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2004-cü ildən etibarən həmin kafedrada müəllim, baş müəllim kimi fəaliyyət göstərib. 2008-ci ilin iyun ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsində "Türk dillərində modallıq və onun leksik yolla ifadə vasitələri" adlı dissertasiya işini müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2016-ci ildən "Azərbaycan dili" kafedrasının dosenti vəzifəsində çalışır. 14 iyun 2018-ci ildən etibarən Bakı Slavyan Universitetinin elmlər doktoru proqramı üzrə qiyabi doktorantı olmuş və "Oğuz qrupu türk dillərində sintaktik sinonimlik" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. İki övladı var.
2003-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin dissertantı olmuş, 2008-ci ildə "Türk dillərində modallıq və onun leksik yolla ifadə vasitələri" mövzusu üzrə müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi adı almışdır.
2018-ci ildən etibarən Bakı Slavyan Universitetinin elmlər doktoru proqramı üzrə qiyabi doktorantı olmuş və "Oğuz qrupu türk dillərində sintaktik sinonimlik" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Fil.ü.f.d, dosent Gülbəniz İsmayılzadə Azərbaycan dilinin qrammatikasını və nitq mədəniyyətini əhatə edən ayrı-ayrı mövzular üzrə elmi-tədqiqat işləri aparmış, interaktiv təlimin bu və ya digər problemləri ilə bağlı elmi-tədqiqat işləri yazmışdır. Həmçinin kafedra tərəfindən hazırlanan bir neçə dərs vəsaitinin rəyçisidir.
O, işlədiyi müddətdə "Müasir Azərbaycan dili. Fonetika. (I bölmə)"; "Müasir Azərbaycan dili. Leksika və söz yaradıcılığı. (II bölmə)"; "Müasir Azərbaycan dili. Morfologiya. (III bölmə)" və "Azərbaycan dili — İşgüzar yazışmalar" adlı dərs vəsaitlərinin, həmçinin "İşgüzar Azərbaycan dili fənni üzrə tədris proqramı"nın və "Türk dillərində modallıq: İfadə planında (Oğuz qrupu türk dilləri əsasında)" adlı monoqrafiyanın müəllifidir. Respublika və beynəlxalq səviyyəli konfranslarda, treninq və seminarlarda fəal iştirak etmiş, nüfuzlu elmi jurnallarda 50-ə yaxın elmi məqaləsi çap olunmuşdur.
1990-cı ildən Ağdam şəhər 4 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini kimi pedaqoji fəaliyyətə başlamışdır.
1994-cü ilin mart ayından 1997-ci ilə qədər "Loğman" Səhmdar Cəmiyyəti Tibb kollecində metodist işləmişdir.
2002-ci ildən ADİU-nun "Azərbaycan dili" kafedrasında əvvəl laborant, iki il sonra müəllim, baş müəllim vəzifəsində çalışmışdır.
2008-ci ildə ADİU-nun Xüsusi İstedadlar Qruplarında iki il müddətində rəhbər müavini işləmişdir.
Hazırda kafedrada tam ştat dosent vəzifəsində çalışan G.M.İsmayılzadə pedaqoji fəaliyyəti dövründə müxtəlif fakültələrin Azərbaycan və rus bölmələrində "Azərbaycan dili və nitq mədəniyyəti", "İşgüzar yazışmalar" , "Azərbaycan dilində işgüzar və akademik kommunikasıya" fənlərini tədris edir. UNEC-in İntizam Komissiyasının katibi və "Keyfiyyət elçisi"-dir.
UNEC-in Fəxri Fərmanı — 28.12.2016
"Azərbaycan Respublikasının qabaqcıl təhsil işcisi" döş nişanı – 2020